Yeni antidron silah hazırlandı - üzərinə optik nişangahlar əlavə etmək mümkündür

11 Sentyabr 2018 10:44 (UTC+04:00)

AzNews.az “AzeriDefence”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “Armyrecognition” yayıb. Yerli şirkət yeni məhsulunu Polşada keçirilən MSPO-2018 Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirib.

Silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanan LANCA 2.0 radio dalğalarla uçuş qadağan olunmuş bölgələrə daxil olan pilotsuz aparatların siqnallarını pozur və onları təhlükəsiz şəkildə zərərsizləşdirir.

LANCA 2.0 silah sisteminin elektrik stansiyalar, idman səhnələri, gəmilər, dəmir yolları, boru kəmərləri, eləcə də hava limanları, həbsxana və hərbi bazaların mühafizəsində geniş istifadə olunacağı proqnozlaşdırılır.

Sistemin təsir dairəsi 1000 metrdir. Planerin üzərindəki pikatin relsi silaha müxtəlif optik nişangahlar əlavə etməyə imkan verir.

AzNews.az