İntihar edən qız xəstəxanada vəfat etdi

11 Sentyabr 2018 11:05 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, gecə saat 04 radələrində yaşadığı mənzilin mətbəxinin pəncərəsindən özünü atan və ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən qadın müalicə aldığı müəssisədə vəfat edib.

Ölüm faktı ilə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

AzNews.az