AzNews.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hazırlıqlar Şərqi Sibirdə davam etdirilir.
Monqolustanla yanaşı, Çinin 3200 əsgər və zirehli tankla iştirak edəcəyi “Vostok-2018”də 300 min əsgərin yer alacağı bildirilir.

Qeyd edək ki, hərbi təlimlər NATO və Rusiya arasında gərginliyin yaşandığı bir dönəmdə həyata keçirilir. Bu gərginlik 2014-cü ildə Rusiyanın Ukraynadan Krımı ilhaq etməsi ilə başlamışdı.

Rusiya Baş Qərargah rəisi, general Valeri Gerasimov əməliyyatların cümə axşamından başlayıb və beş gün ərzində davam edəcəyini açıqlayıb.

Hərbi təlimlərdə ümumilikdə 300 min əsgər, 1000 döyüş təyyarəsi, 80 döyüş gəmisi və minlərlə tank güc nümayişi göstərəcək.

Nurlan AĞA
AzNews.az