Rusiyadan Türkiyə ilə bağlı açıqlama: “Yol tapmağa çalışırıq”

11 Sentyabr 2018 13:07 (UTC+04:00)

AzNews.az “Habertürk” qəzetinə istinadən bildirir ki, Ryabkov açıqlamasında “Türkiyə də Rusiya kimi ciddi milli mənafeləri olan bir ölkədir. Mövqelərimiz tam olaraq üst-üstə düşməsə də, bu, normaldır.

Ortaq cəhətlərin tapılması üçün diplomatiya, siyasət və hərbi diplomatiyadan istifadə olunur” – deyə, vurğulayıb.

Rusiya xarici işlər naziri müavini Suriyada terrorçuların provakativ olaraq kimyəvi silahdan istifadə etməsi, buna görə də Dəməşqin təqsirləndirilərək hücumların baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nurlan AĞA
AzNews.az