Hava yağıntılı və küləkli olacaq - Sinoptiklərdən xəbərdarlıq

11 Sentyabr 2018 13:43 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Xəbərdarlığa əsasən, sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Yağışın intensiv olacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.