Sevinc Səfərova “Sin” kitabına Amerikada təqdimat keçirdi

10 Sentyabr 2018 13:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təqdimata Los Angelesdə yaşayan Azərbaycanlılar, şəhərin tanınmış nümayəndələri və nüfuzlu şəxslər qatılıb. Tədbiri tanınmış prodüser, iş adamı Simon Shakib açıq elan edib.

S.Səfərova “Günah” romanını “Sin” adı ilə Amerikada “Xlibris Publish” kitab evi tərəfindən çap edildiyini və bu kitabın nəinki yerli vətəndaşların, hətta yaşadığı Amerika vətəndaşlarının xahişi ilə ingilis dilində dərc edildiyini bildirdi.
Deyir ki, kitabın mövzusuna bələd olduqdan sonra bir çox kitab evlərindən çap etdirilməsi üçün ona dəvətlər gəlib və gələn dəvətləri dəyərləndirən yazar hazırlanan kitab üçün təqdimat keçirməyi özünə borc bilib: “Kitabın çap müddəti bir neçə ay çəkdi. Çox şükür ki, indi artıq satışdadır. “Xlibris Publish” kampaniyası artıq paylaşıb və saytlarında da var. Mənim bir Azərbaycanlı kimi bunu etmək ən ümdə borcum idi”.
Məlumat üçün bildirək ki, Amerikada satışa çıxarılan “Sin” kitabına tanınmış detektiv yazar, nasir, publisist, Azərbaycan SSR Yazıçılar İttifaqının, Azərbaycan Yazpıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru,"Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Adullayev rəy bildirib. Bundan başqa dünyaca məşhur rejissor və ssenarist Ünal Küpeli "Sin” kitabına ön söz yazıb. Kitabın tərcüməsi isə Leyla Cəfərovaya məxsusdur. “Sin” kitabı iki cilddə bərk və yumşaq üzlükdə çap olunub.