Suriya ilə bağlı son qərar üçün görüşdülər - Foto

11 Sentyabr 2018 15:31 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində başlamış danışıqlar 2018-ci ilin 30 yanvarında Soçidə əldə olunmuş Suriyada Konstitusiya Komitəsi qurulmasına dair razılıqdan sonra atılmış addımların kritik zirvəsidir.


Toplantıda Türkiyədən xarici işlər naziri müavini Sədat Önalın başçılığı ilə heyət yer alıb.

Rusiya heyətini isə Suriya özəl təmsilçisi Aleksandr Lavrentyev və xarici işlər naziri müavini Sergey Verşinin təmsil edir.

Görüşdəki İran tərəfindən də xarici işlər naziri müavini Hüseyn Cabiri Ənsari var.

Nurlan AĞA
AzNews.az