Hava taksisinin sınağı - Video

11 Sentyabr 2018 18:50 (UTC+04:00)

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, “Vertical Aerospace” uçuş aparatının maksimal sürəti avtomobil sürətinə uyğundur və saatda 80 km təşkil edir.

Aparat 2 nəfər sərnişin və 1 pilot üçün nəzərdə tutulub. Mütəxəssislərin sözlərinə görə, akkumulyatorun enerji tutumu 800 km uçuşun həyata keçirilməsi üçün yetərlidir.

Məlumata görə, uçuş aparatı test zamanı havada 5 dəqiqə qalıb.

Şirkət nümayəndələri bildirir ki, 3-4 ildən sonra uçan taksilər satışa çıxarılacaq, insanların isə şəhərlər arasında hərəkət üçün uçuş zolaqlarına ehtiyacı qalmayacaq.

AzNews.az