Suriyalı qaçqınlara yardım göstərmək üçün pul çatmır - BMT

11 Sentyabr 2018 20:16 (UTC+04:00)

“Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının mətbuat katibi Babara Baloh bildirib.

"Ümumiyyətlə, bu il qaçqınlara lazımi yardımı göstərmək üçün 1,97 milyard dollar vəsait xərclənməlidir. Ancaq hazırda təşkilata 670 milyon dollar çatdırılıb", - o deyib.

AzNews.az