“Tramp tarixi yaxşı oxusun” - Tite

11 Sentyabr 2018 20:21 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Trampın FİFA-nın rəhbəri Canni İnfantino ilə görüşdə Braziliya haqda “Bir futbol ölkəsi? Düşünürəm ki, onların son zamanlarda problemləri var” sözləri Titenin xoşuna gəlməyib və onu tarix oxumağa çağırıb:

“Mənim cavabım? Biz 5 dəfə dünya çempionu olmuşuq. Bəlkə də, Tramp tarixi daha yaxşı öyrənməlidir”.

Qeyd edək ki, Tramp İnfantino ilə avqustun 28-də “Ağ ev”də görüşmüşdü.

AzNews.az