AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı 11 sentyabrda jurnalistlərin suallarını cavablandıran Xüsusi istintaq komitəsinin rəhbəri Sasun Xaçatryan deyib. Ek-prezidentin nə zaman sorğu-suala çağırılacağına gəldikdə, xidmət rəhbəri bunu dəqiqləşdirməyib. “O, nə vaxt və hansı statusda çağrılacaq, bunu istintaqı aparan qurum müəyyənləşdirəcək”-Xaçatryan deyib.
Qeyd edək ki, 10 nəfərin ölümünə səbəb olan qanlı hadisələrlə bağlı artıq iki prezident – Serj Sərkisyan və Robert Köçəryanın başı üzərində qara buludlar dolaşır. R.Köçəryan həbsdən canını qurtarsa da, ölkədən çıxışına qadağa qoyulub, S.Sərkisyanı isə son dəfə Qarabağda, anasının yanında “görüblər”.
AzNews.az