Zərdabda ev yanıb

30 Mart 2013 10:16 (UTC+04:00)
Dünən Zərdab rayonun Alıbəyli kəndində yanğın hadisəsi baş verib. Kənd sakini Möhlüd Sadıqova məxsus ikimərtəbəli həyətyanı evin bir hissəsi yanaraq sıradan çıxıb.

AzNews.az-a verilən məlumata görə, hadisə yerinə rayondan yanğınsöndürən briqadası göndərilib. Briqadanın köməkliyi sayəsində yanğının qarşısı alınıb. İkin versiyaya görə, yanğına səbəb elektrik cərəyanının qısa qapanması olub.

Bahar Rüstəmli
AzNews.az