2 yaşlı qızı 7 it parçaladı

30 Mart 2013 10:19 (UTC+04:00)
ABŞ-ın Georgia əyalətinin Ellabell bölgəsində 2 yaşlı Monika Renee Laminak evlərinin bağçasında ailəsinin bəslədiyi 7 pitbull itinin hücumuna məruz qalaraq həyatını itirib. Gözlərinin qarşısında 2 yaşlı qızlarını itirən ailə, hadisənin şokunu yaşayır. 18 yaşlı ana hadisə zamanı evdə olduqlarını söyləyib. Qaynanası Michelle McIntyrin itlərin hürməsini eşidib şüşədən baxan zaman itlərin kiçik qızı parçaladığını görüb. O, "Monikayı öldürürlər!"-, deyə qışqırıb.

İtlərin hücumuna məruz qalan kiçik qız, hadisə yerindəcə can verib. Qızın gün ərzində ana pitbull və 6 balasıyla oynadığı bəlli olub. Sağlam və yaxşı bəslənmiş vəziyyətdəki itlərin kiçik qıza niyə hücum etdiyi hələki aydın deyil. Qeyd edək ki, hadisədən sonra itlər heyvan nəzarət qrupları tərəfindən dərman verilərək öldürülüb.

Xəyalə Məmmədova
AzNews.az