AzNews.az xəbər verir ki, bu barədə “AzeriDefence”yə Türkiyənin Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimə Türkiyə Silahlı Qüvvələrinin bölükləri qatılacaq.
Qeyd edək ki, bayram tədbirini eyni zamanda Türkiyənin “Mehteran” bölüyü tarixi hərbi marşlarla müşaiyət edəcək. Marş sədaları altında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə 1918-ci ildə yaradılmış Qafqaz İslam Ordusunun süvari və piyada uniformalarında hər iki ölkənin ordu bölmələri “Azadlıq” meydanına daxil olacaq. Daha sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri “Azadlıq” meydanı üzərində uçuş edəcək.
AzNews.az