Bal yarmarkasının ünvanı dəyişdi - “AMAY”da keçirilməyəcək

12 Sentyabr 2018 10:59 (UTC+04:00)

AzNews.az sputnik.az-a istinadən xəbər verir ki, bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq.

AzNews.az