AzNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Komitə sədri son 8 ayda aparılan islahatlar barədə də məlumat verib: "Dövlət Gömrük Komitəsinin indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib".
S.Mehdiyev 8 ay ərzində həyata keçirilən dəyişikliklərdən danışaraq, bildirib ki, bu dəyişikliklərin ən önəmlisi Prezident İlham Əliyevin qərarına uyğun olaraq aparılan struktur dəyişiklikləridir: "Bundan başqa, elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd keçid məntəqələrində sıxlıq azaldıldı. Məsələn, əvvəllər "Sınıq Körpü" gömrük-keçid məntəqəsində sərnişin axını digər vaxtlarda 6 min nəfərə qədər olduğu halda, yay mövsümündə 17 minə qədər çatır. Hər ay DGK-nin hər sərhəd keçid məntəqəsindən 1,5 milyon insanın rahat gediş-gəlişini təmin edir. Bu isə rekord göstəricidir. Aparılan isıahatların nəticəsidir ki, bu gün Dövlət Gömrük Komitəsi vətəndaşlara keyfiyyətli xidmət göstərir".
AzNews.az