Nazir istefa verdi - Canlı yayımda elan edib

12 Sentyabr 2018 12:24 (UTC+04:00)

AzNews.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb. Bildirilir ki, magistr təhsili alan nazirin diplom işinin plagiat olduğu iddia edilib. Bu qalmaqaldan sonra o, nazir postundan istefa verib. Televiziyada çıxış edərkən istefasını elan edən Monton bu barədə İspaniyanın baş naziri Pedro Sançesə artıq məlumat verdiyini deyib. O, postunu tərk etsə də, təhsilində saxtakarlığa yol vermədiyini, bunu sübut edəcəyini deyib.

Karmen Montonun istefasından sonra onun yerinə Mariya Luisa Karsedo gətirilib.

AzNews.az