20 gündür davam edən aksiya sabah yekunlaşacaq

30 Mart 2013 10:53 (UTC+04:00)
"İrs" Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan martın 10-da başladığı aclıq aksiyanı sabah başa çatdırmaq niyyətindədir. APA-nın "RİA-Novosti" agentliyinə istinadən verdiyi məlumatına görə, R.Ovannisyan bunu dünən İrəvanın mərkəzində tərəfdaşları ilə görüşündə bildirib. Onun sözlərinə görə, sabah keçiriləcək Pasxa bayramı ilə bağlı tədbirlərdən sonra, o, aclıq aksiyasına son qoyacaq.

Qeyd edək ki, fevralın 18-də Ermənistanda keçirilən prezident seçkilərində indiki prezident Serj Sərkisyanın 58.64%, Raffi Ovanisyanın isə 36.74% səs topladığı açıqlanıb. "İrs" Partiyasının lideri seçkilərin nəticələrinin saxtalaşdırıldığını elan edərək aclıq aksiyaya başlayıb. O bir sıra məmurların və 5 vilayətin qubernatorunun seçkilərin nəticələrini saxtalaşdırdığına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

AzNews.az