AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Avropa hüquqi dövlət və demokratik dəyərlərdən uzaqlaşması səbəbi ilə Macarıstana sanksiya tətbiq edilməsi prosesinin başlandığını bildirib.
Maastrixt müqaviləsinin VII maddəsinin tətbiq olunması üçün parlamentdəkilərin ən az 2/3-sinin razılığı olmalıdır. Burada da 448 “hə”, 197 “yox” səsi verilib.
Beləliklə, Macarıstanın Avropa İttifaqı (Aİ) qurumlarındakı söz haqqı əlindən alınıb.
Eyni proses daha əvvəl də Polşaya tətbiq olunmuşdu.
Nurlan AĞA
AzNews.az