Sami Xedira “Yuventus” ilə yeni müqavilə imzalayıb

12 Sentyabr 2018 16:48 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu daha iki il “Yuventus” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

Sami Xedira 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. Bu illər ərzində futbolçu üç dəfə İtaliya A Seriyasını (2016-2018-ci), həmin illərdə İtaliya kubokunu və İtaliya Super kubokunun qazanıb. Ümumilikdə isə yarımmüdafiəçi “qoca sinyora”nın heyətində 113 oyunda meydana çıxıb, 20 dəfə fərqlənib və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

AzNews.az