Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb: "Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub".
M.Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib.
Eyni zamanda nazir müavini bildirib ki, bu il doqquzuncu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Səbail, Xətai və Nizami rayonları ilk üç yerdə sıralanıb. Son üç yerdə isə Pirallahı, Xəzər və Suraxanı rayonları qərarlaşıb.
O, əlavə edibki, son illərlə müqayisədə şagirdlərin imtahan nəticələrində aşağı göstəricilər 0.54 faiz yaxşılaşıb, müvəffəq qiymət alan şagirdlərin göstəriciləri 2.16 faiz yaxşılaşıb.
M.Vəliyeva onu da vurğulayıb ki, 2016/2017-ci tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində müəllimlərinə sayında 0.3, şagirdlərin sayında isə 4.5 faiz artım müşahidə edilir: “Bu tədris ilində təhsil alacaq şagirdlərin 83 faizi Azərbaycan bölməsi,17 faizi rus bölməsi üzrə qeydə alınıb”.
AzNews.az