AzNews.az minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə zərərçəkmiş müğənni Könül Kərimova ifadə verib. O deyib ki, Məlahət Məmmədova ilk dəfə 12 min manat verib. Daha sonra isə əlavə pul tələb edib. K.kərimova ümumilikdə 32 min pul verdiyini, yalnız 11 min manatının geri qaytarıldığını deyib.
K.Kərimova əlavə edib ki, iş alınmadığı halda Məlahət Məmmədovanı tapa bilməyib: “Mən dedim ki, olsun, alınmırsa, pulumu qaytarsın. Amma zəng çatmırdı, mesajlara cavab vermirdi”.
Təqsirləndirilən şəxs Məlahət Məmmədova Könlü Kərimovanın oğlunun Rusiyadakı təhsilinə pul xərclədiyini deyib.
Amma Könül Kərimova bunun yalan olduğunu deyib: “Mən özüm də artistəm. Amma burada artislik etmək lazım deyil. Məlahət xanım, heç “Azdrama”da da sizin kimi artist yoxdur.
Məlahət Məmmədova Könül Kərimovanın oğlunun Rusiyadakı təhsilinə 12500 manat xərclədiyini deyib. Həmin xərc yataqxana və təhsil haqqı olub. Məmmədova köçürmə üçün aldığı 14 min manatı da Könül Kərimovaya qaytardığını deyib.
Könül Kərimova isə öz övladının təhsil haqqısını özünün ödədiyini deyib.
AzNews.az