Sərxoş piyadanı maşın vurdu

12 Sentyabr 2018 19:18 (UTC+04:00)

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

AzNews.az