AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, səfər barədə xəbəri Türkiyə prezidentinin Aparatı yayıb.
Məlumatda qeyd edilir ki, N.Nazarbayev Türkiyəyə sentyabrın 12-13-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edəcək.
Məlumata görə, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək.
Prezident Aparatının məlumatında qeyd edilir: "İki ölkə prezidenti eləcə də Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək".
AzNews.az