KTMT-nin baş katibi Yuri Xaçaturovun oğulları İqor və Qriqori Xaçaturovlar milli təhlükəsizlik xidməti ilə xüsusi istintaq idarəsi rəhbərlərinin baş qərargahın rəhbəri Sasun Xaçatryanla birgə telefon danışıqlarının audioyazısında ataları barədə təhqiramiz fikirlər səsləndirməsinə kəskin münasibət bildiriblər.
AzNews.az SİA-ya istinadən xəbər verir ki, bununla bağlı aysor.am portalı yazır. Məlumatda bildirilir ki, Qriqori Xaçaturov Sasun Xaçatryana yönəlik deyib ki, yalnız cinsi azlıq nümayəndəsinə xas olan adam müharibədə iştirak etmiş generalı təhqir edə bilər: “Hüquq fakültəsində təhsil aldığın müddətdə bir müharibə generalı ki, sənin və ailənin təhlükəsizliyini təmin edibsə və sən həmin generalı təhqir edirsənsə - bunu yalnız cinsi azlıq nümayəndəsi edə bilər”.
Qriqori Xaçaturov Sasun Xaçatryanı özündə kişilik taparaq, atası Yuri Xaçaturovdan üzr istəməyi tələb edib və bildirib ki, atasının cinayətkar olub-olmamasını hüquqşünaslar müəyyən edəcəklər.
Yuri Xaçaturovun digər oğlu İqor Xaçaturov isə deyib: “Sasun Xaçatryan, kim sənə mənəvi haqq verib ki, öz ömrünü orduya həsr edənə qarşı aşırı tonda və istehza ilə danışasan? Kim sənə rəsmi hüquqi icazə verib ki, müharibə keçmiş insan barədə və ölkəmizi bu səviyyədə (KTMT-də-red.) təmsil edən şəxs haqqında belə danışasan? Mənim atam 1993-cü ildə atəş altında qalan Şəmşəddindən ailəsini köçürərkən, sən sakit şəkildə hüquq fakültəsində təhsil alırdın, özü də hərbi xidmət keçmədən. Üstəlik ordu quruculuğunda zəhməti olan insan barədə gülüş dolu fikirlər səsləndirirsən. Hərbi xidmət keçmədiyinə görə isə, sən tutduğun baş qərargah və qarnizon rəisi vəzifələrində çalışa bilməzsən”.
Xatırladaq ki, Yuri Xaçaturov hazırda KTMT-nin baş katibi vəzifəsini daşıyır və Ermənistanda ona qarşı cinayət işi qaldırılıb. Nikol Paşinyan hökuməti hər vəchlə onun vəzifədən kənarlaşdırılaraq, Rusiyadan Ermənistana ekstradisiya olunmasını Kremldən tələb etsə də, həmin tələb rədd edilib.
Qeyd edək ki, Yuri Xaçaturov 1 mart qırğınında əsas rol oynayan tərəflərdən biri kimi ittiham olunmaqdadır.
AzNews.az