Küçədə meyit tapıldı - Şəxsiyyəti məlum deyil

12 Sentyabr 2018 21:53 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib.

Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.

O, dərhal meyiti 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə edilmək üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib.

AzNews.az