Bir maşın vurdu, digəri 40 metr sürüdü

12 Sentyabr 2018 23:19 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada "VAZ-21099" markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra "Mercedes" markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az