Hündürboylu, uzunsaqqallı varlıqlar İsmayıllıda da peyda oldu - Əhali təşvişdə (Video)

13 Sentyabr 2018 10:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sakinlərin dediklərinə görə, 1 aydan çoxdur kimlərsə gecə saatlarında evlərə girib əşyaları dağıdırlar. Lakin heç nə oğurlamırlar. Onların sözlərinə görə, son bir neçə gündə həmin insanlar gündüz də peyda olurlar.

Mübariz Orucov küçəsində yaşayan Səməd Səmədov da həmin şəxsi gördüyünü deyir. Onun sözlərinə görə, naməlum şəxs uzun boylu və uzun saqqallıdır.

Rayon ərazisində baş verən qəribə hadisə ilə bağlı polisə məlumat verilib. Sakinlərin dedikləri ərazilər polis tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılır.

AzNews.az