Azərbaycan nefti durmadan bahalaşır - Son dəqiqə

13 Sentyabr 2018 10:35 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,51% artıb.

AzNews.az "Report"-istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 81,5 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.