Gəncədə bıçaqlanma

30 Mart 2013 12:02 (UTC+04:00)
Gəncə şəhərində 25 yaşlı oğlan bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Samir Gərayov döş qəfəsinin və qarın boşluğunun deşilmiş kəsilmiş xəsarəti ilə tibb müəssisəsinə gətirilib. Vəziyyəti ağır olduğundan onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən isə bildiriblər ki, hazırda S. Gərayovu bıçaqlayan şəxsin tapılması istiqamətində tədqiqat aparılır.

AzNews.az