AzNews.az xəbər verir ki, şair heç kimdən təbrik gözləmədiyini deyib:
“Mən heç kimdən təbrik gözləmirəm axı. Buna ehtiyac da görmürəm. Təbriklərin ədəbiyyata aidiyyatı yoxdur. Ancaq Anar müəllim unudub, onu bir yazıçı və ziyalı kimi sevdiyimdən 80 illik yubileyində, “Ədəbiyyat” qəzetində bəlkə də ən gözəl təbriki mən yazmışdım. Və bir də mən Yazıçılar Birliyinin üzvü deyiləm. Mənim Yazıçılar Birliyinin təbrikinə, onların da mənə münasibətinin heç bir dəyəri yoxdur”.
Bahar RÜSTƏMLİ
AzNews.az