Turizm Şurasının tərkibi dəyişdi - Fərman

13 Sentyabr 2018 12:08 (UTC+04:00)

AzNews.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sənəddə bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin".

AzNews.az