AzNews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, 2016-cı ildən Türkiyənin Rusiyadakı səfiri vəzifəsində çalışan Hüseyn Diriözü XİN-in konsulluq xidmətinin rəhbəri Mehmet Samsar əvəzləyəcək. Samsar XİN-dəki işindən əlavə, əvvəllər Türkiyənin Ukraynadakı səfiri kimi də çalışıb.
Eyni zamanda, Türkiyənin İspaniya, Braziliya, Avstriyadakı səfirləri və Avropa Şurası ilə Avropa İttifaqındakı daimi nümayəndələri də dəyişdirilib.
AzNews.az