Mübariz evdə niyə diri-diri yandı? - Hadisənin təfərrüatı

13 Sentyabr 2018 13:18 (UTC+04:00)

Rayondan AzNews.az-a verilən məlumata görə, yaşadığı mənzildə baş verən yanğında diri-diri yanan Ağsu şəhər sakini, 1974-cü il təvəllüdlü Mübariz Möhtərəm oğlu Mürsəlov yanğın zamanı evdə tək olub:

“Mübariz içki düşkünü idi, narkotikə meyli vardı. Ailəsi, uşaqları... həyat yoldaşı ilə mübahisə edib. Bundan əsbləşən Mübariz, arvadını evdən qovub. Gəlin də uşaqlarını götürüb atasının evinə sığınıb.

Mübariz yanğın günü evdə tək imiş. Köməyinə heç kim gəlməyib. İlkin ehtimala görə, əlində siqaret olub. Yuxuya getdiyindən ev də yanıb, özü də”.

Qeyd edək ki, Ağsu şəhəri, Mikayıl Müşfiq 17 ünvanında yanğın baş verib.

Baş verən yanğın zamanı ev sahibi ölüb.

Bahar RÜSTƏMLİ
AzNews.az