AzNews.az xəbər verir ki, animasiya filmi filmi 2018-ci ildə “Cinemazadeh” studiyasında dublyaj olunub.
Tədbirdə böyüklərlə yanaşı uşaqlar da iştirak ediblər.
“Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə filmdən öncə dublyaj prosesində iştirak edən aktyorlara və yaradıcı heyətə minnətdarlığını bildirib.
“Evdən qaçan pişik” animasiya filmini Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nəzakət Məmmədli, Vüsal Hacıqədir, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Elman Rəfiyev, Zemfira Əbdülsəmədova, Samirə Rəcəbli, Vüqar Hüseynov və Pərviz Məmmədrzayev dublyaj ediblər.
Dublyajın rejissoru Rövşən Məmmədli, redaktor Vüqar Hüseynov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Vüsal Əbdülhəsənov, post-prodakşn Rüfət Kərimzadə, icraci prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.
AzNews.az