O bildirib ki, iclasla bağlı hazırlıq işləri davam edir: "Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb”.
Onun sözlərinə görə, yubiley tədbirinə 150 ölkənin parlamentlərinin nümayəndə heyəti qatılacaq: "Təntənəli iclasda iştirak üçün bu ölkələrdən 14-nün parlament sədri Bakıya gələcək, 13 ölkə sədr müavinləri, 11 ölkə parlamentlərarası işçi qrupları səviyyəsində təmsil olunacaq”.
O qeyd edib ki, tədbirdə 10-a yaxın beynəlxalq təşkilatın nümayəndə heyəti də iştirak edəcək. Ümumilikdə 40-a yaxın ölkənin nümayəndəsi yubiley tədbirinə qatılacaq.
A.Təvəkküloğlu təntənəli yubiley tədbirinin Milli Məclisin inzibati binasında keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
AzNews.az