“Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyirik” - ABŞ

13 Sentyabr 2018 21:38 (UTC+04:00)

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.

AzNews.az