Vaşinqton Rusiyanın qaz kəmərini hədəf seçib

13 Sentyabr 2018 23:32 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Rusiyanın energetika sektoru, habelə “Şimal axını-2” qaz kəmərindən gedir.

Nazir bildirib ki, sözügedən boru xəttinin inşasının davam etdiriləcəyi halda yeni sanksiyalar qaçılmaz olacaq.

ABŞ maliyyə nazirinin köməkçisi Marşall Billinqsli isə Vaşinqtonun Rusiyanın “Suxoy” şirkətinə qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, ABŞ sözügedən şirkətin istehsal etdiyi təyyarələrdən Suriyada günahsız insanlara qarşı kimyəvi hücumlarda istifadə olunacağından narahatdır.

AzNews.az