Abşeronda növbəti yanğın

30 Mart 2013 12:51 (UTC+04:00)
Xırdalan şəhərinin ərazisində yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Yunayted Kredit" bankının avtomobil təmiri sexinin zirzəmisində elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Nəticədə 20 kvadrat metr sahədə sexin yanar konstruksiyaları yanıb, orada işləyən Mahir Qasımov isə tüstüdən zəhərləndiyindən üçün xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az