Kütləvi zəhərlənmə - Ölənlər var

14 Sentyabr 2018 10:54 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat yayıb.

Polis nümayəndəsi Qabriel Pokorna bildirib ki, polis yaşı 17-dən 41-ədək olan 5 nəfərə qarşı ittiham irəli sürüb. Onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılanlar tərkibində sintetik kannabionid olan tütün qarışığını hazırlamaqda ittiham edilirlər. Bu qatışıq alkoqoqolu içki ilə birlikdə qəbul edildikdə ölümlə nəticələnir. Pokorna bildirib ki, onların hazırladığı qatışıq 20-dən çox insanın zəhərlənməsinə səbəb olub. Onlardan biri artıq dünyasını dəyişib.

AzNews.az