15 sentyabrda Bakıda bu yollar bağlanacaq - Hərbi paradla bağlı

14 Sentyabr 2018 13:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə parad tam başa çatana qədər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, 20-ci sahədən, Bayıl qəsəbəsindən və Bayraq Meydanı kimi tanınan ərazidən, eləcə də Afiyəddin Cəlilov, Yusif Səfərov, 28 May, Səməd Vurğun, Xaqani, Azadlıq, Nizami küçə və prospektlərindən, eyni zamanda Parlament prospekti, Mikayıl Müşfiq və Mehdi Hüseyn küçəsindən Azadlıq meydanı və Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti dəyişdiriləcək.

Bölmə rəisinin sözlərinə görə, bu tədbirin möhtəşəmliyini nəzərə alaraq hər bir avtomobil sürücüsü bilməlidir ki, alternativ variantlardan istifadə etmək vacib şərtdir.

AzNews.az