Rayonda olay - arvadını güllələdi

14 Sentyabr 2018 16:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayon sakini Şahin Kərimov həyat yoldaşı Qumru Salayeva ilə mübahisə zəminində onu tüfənglə vurub.

Qadın aldığı güllə yaralarından Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı ondan sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az