Millimiz Rusiya klubunu məğlub etdi

14 Sentyabr 2018 18:48 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, dünya çempionatına hazırlıq məqsədilə keçirilən qarşılaşmada Azərbaycan millisi Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - "Dinamo (Krasnodar) - 3:0 (25:16,25:21,25:22)

Qeyd edək ki, yığma digər yoldaşlıq görüşündə isə Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaq. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.

AzNews.az