AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur deyib.
H.Kazımpur bildirib ki, dünyada İranın payını əvəz edəcək kifayət qədər alternativ mənbə mövcud deyil:
“Təklifin çatışmazlığı ABŞ-a İranın neft ixracını sıfıra endirməyə imkan verməyəcək”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaları bərpa etmişdi. İranın enerji sektoruna tətbiq olunan sanksiyalar noyabrın 4-də qüvvəyə minəcək.
AzNews.az