Qazaxıstanın adı belə yazılacaq - Qərar

14 Sentyabr 2018 20:50 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Qazaxıstan gerbindəki kiril əlifbası ilə yazılmış yazı latın qrafikasına çevriləcək.

Gerbdə ölkənin adı “Qazaqıstan” olaraq yazılacaq. Məsələ ilə əlaqədar rəsmi açıqlamanı ölkənin İnvestisiya və İnkişaf Nazirliyi yayıb.

Rəsmi məlumata görə, qərar Elm və Texnika Komissiyasının iclasında verilib.

Qeyd edək ki, ölkənin latın əlifbasına keçməsi ilə bağlı göstərişi Prezident Nursultan Nazarbayev verib. Hökumət 2025-ci ilədək latın əlifbasına keçməyi planlaşdırır.

AzNews.az