Adada 20 ildən sonra elə bir hadisə baş verdi ki...

14 Sentyabr 2018 21:39 (UTC+04:00)

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 20 ildir cinayətin qeydə alınmadığı adada bu günlərdə oğurluq hadisəsi baş verib.

Belə ki, Giqa hotelindən 2 min funt sterlinq oğurlanıb. İllərdir cinayət görməyən kənd sakinləri isə bunu ağır cinayət kimi qiymətləndiriblər.

Hazırda oğurluq edən şəxs axtarılır.

Qeyd edək ki, adada yaşayan insanlar bir-birilərinə yüksək etibara görə qapılarını bağlamadan yatır.

AzNews.az