Azərbaycan nefti ucuzlaşdı

14 Sentyabr 2018 23:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 78,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 13-də 76,3 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 13-də 77,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.

AzNews.az