AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə XİN Azərbaycanın paytaxtı Bakının Qafqaz İslam Ordusunun başçılığı ilə xilasını təbrik edib.
Məktubda deyilir:
“15 sentyabr 2018-ci il tarixi qardaş Azərbaycanın ilk dəfə 1918-ci ildə müstəqilliyini elan etməsindən dərhal sonra Osmanlı imperiyasından yardım istəməklə Nuru paşanın komandirliyində tez bir zamanda qurularaq Azərbaycana göndərilmiş Qafqaz İslam Ordusunun başçılığı ilə Bakının azad olunmasının 100-cü ilidir. Bakının qurtuluşu həmin vaxt paytaxtın Gəncədən Bakıya köçürülməsi və ərazi bütövlüyünün bərpasına yol açıb, müasir Azərbaycanın sərhədlərinin bilinməsinin təməli olub. Birinci Dünya müharibəsinin son aylarında seçilmiş əsgərlərdən qurulmuş Qafqaz İslam Ordusunun qazandığı bu möhtəşəm zəfərin ildönümü Türkiyə-Azərbaycan qardaşlıq və birliyinin rəmzi olaraq müstəsna yer sahibdir”.
Türkiyə XİN Bakının qurtuluşunun 100-cü ilini təbrik edib, bu yolda canlarından keçmiş 1.132 əsgəri ilə Vətən uğrunda şəhid olmuş Azərbaycandakı qardaşlarını sayğı və rəhmətlə yad edib.
Nurlan AĞA,
AzNews.az