Baş məşqçi Avropa Liqasındakı hədəflərindən danışıb - "Qarabağ"ın ilk oyunu oktyabrın 4-də olacaq

15 Sentyabr 2018 11:01 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, "Report" “The Telegraph”a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Avropa Liqasının önəmli olduğunu və bu turniri qazanmaq istəkdiklərini deyib:

Onun fikrincə, Çempionlar Liqasından sonra Avropa Liqası ən önəmli yarışmadır: "Əgər komandalar Çempionlar Liqasında oynaya bilmirlərsə, həmin vaxt bu turnir çox vacib olur. Avropa Liqasının qalibi olan komanda Çempionlar Liqasında çıxış edir. Bu isə turnirə olan marağı artırır".

Qeyd edək ki, "Qarabağ"ın İngiltərə klubu ilə ilk matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Londondakı qarşılaşma isə dekabrın 13-də olacaq.

AzNews.az