ABŞ BMT-ni təcili görüşə çağırdı

15 Sentyabr 2018 12:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Təhlükəsizlik Şurasını bazar ertəsi iclasa çağırmış ABŞ diplomatik missiyası Şimali Koreyaya sanksiyaların tətbiqi mövzusunun müzakirə olunacağını bildirib.

Açıqlamada sanksiyaları pozmuş hər hansi bir ölkənin adı çəkilməyib.
Qeyd edək ki, ABŞ Rusiyanı Şimali Koreyaya tətbiq olunan sanksiyaların pozulmasında rol almış rus aktorlara görə hesabatda dəyişiklik olunması üçün BMT-nin mütəxəssislərindən ibarət heyətə təzyiq göstərməsi səbəbilə ittiham etmişdi.

Nurlan AĞA,
AzNews.az